• 7 °C
|

Qəzza münaqişəsində öldürülən jurnalistlərin sayı 220-yə çatıb

6 Yanvar 2025

Fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində İsrailin hava hücumu nəticəsində həlak olub.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza Səhiyyə Nazirliyinin bəyanatına istinadən xəbər verib.

Qeyd olunur ki, bununla da 7 oktyabr 2023-cü ildən bəri İsrail-Fələstin münaqişəsində həlak olan mətbuat işçilərinin sayı 220-yə çatıb.