26 Avq 2026

İran Xarici İşlər Nazirliyi ABŞ hərbi qüvvələrinin yerləşdiyi Yaxın Şərq ölkələrini Vaşinqtonun öz ərazilərindən İrana qarşı hücumlar başlatmasını qadağan etməyə çağırıb.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
“ABŞ və onun bazalarının, ərazisinin və ya obyektlərinin İranahücumlar üçün istifadəsinə icazə verən istənilən ölkə bunun nəticələrinə görə tam məsuliyyət daşıyacaq”, – məlumatda qeyd edilib.
Bildirilibki, bu, regionda müharibənin eskalasiyasının və yayılmasının qarşısını almaq üçün lazımdır.