31 Mar 2026

Şarja Əmirliyinin şimalındakı BƏƏ telekommunikasiya şirkətinin inzibati binasına dron zərbəsi endirilib.
APA xəbər verir ki, bu barədə Şarja hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə insan tələfatı olmayıb.
"30 martda Şarja Əmirliyinin səlahiyyətli orqanları mərkəzi bölgədəki Thuraya telekommunikasiya şirkətinin inzibati binasına dron hücumu nəticəsində baş verən hadisəyə reaksiya verib… İtki olmayıb", – məlumatda deyilir.
Dronun İrandan gəldiyi bildirilir.