• 28 °C
|

SEPAH Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb

15 İyul 2026
img

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn və Küveytdə ABŞ-lə əlaqəli hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Bu barədə “Mehr” agentliyi SEPAH-ın bəyanatına istinadla məlumat yayıb.

Bəyanata əsasən, SEPAH-ın Hərbi Dəniz və Aerokosmik Qüvvələri Bəhreyndə yerləşən Şeyx İsa aviabazasına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. İddia olunur ki, hücum nəticəsində silah anbarları, təyyarə hissələri və hərbi gəmilər məhv edilib.

SEPAH, həmçinin Küveytdəki Əli əl-Salim aviabazasında yerləşən “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinin hədəfə alındığını, nəticədə bir sıra dronların məhv edildiyini və ya zədələndiyini bildirib.

Qeyd olunub ki, bu zərbələr ABŞ qüvvələrinin İranın sahilboyu hərbi mövqelərinə endirdiyi hücumlara cavab xarakteri daşıyır.