• 9 °C
|

SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib

17 Mart 2026
img

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəsic” hərbiləşdirilmiş qüvvələrinin rəhbəri, general-mayor Qolamrza Süleymaninin öldürüldüyünü təsdiqləyib.

APA xəbər verir ki, bu barədə SNN telekanalı SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri İrana hava zərbələri zamanı “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymaninin də hədəf alındığı barədə məlumat yaymışdı.