• 12 °C
|

SEPAH Dimona, Eylat və ABŞ bazalarına zərbə endirdiyini açıqlayıb

24 Mart 2026
img

SEPAH Dimona, Eylat və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini bildirib.

APA xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumlar gecə saatlarında həyata keçirilən 78-ci raket dalğası çərçivəsində baş tutub.

“Dimonada, Eylatda və regiondakı bəzi ABŞ hərbi bazalarında yerləşən hədəflər çoxsaylı raketlər və pilotsuz uçuş aparatları ilə dəqiq vurulub”, – deyə açıqlamada bildirilib.

Hücum zamanı hansı konkret obyektlərin hədəf alındığı açıqlanmayıb.