24 Okt 2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Taif və Yanbu şəhərləri istiqamətində atdığı iki ballistik raketin zərərsizləşdiriliyiniaçıqlayıb.
Bununla bağlı “Reuters” xəbər yayıb.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti Taif və Yanbu, eləcə də Məkkə şəhərində və ölkənin ikinci ən böyük şəhəri olan Ciddədə potensial təhlükə ilə bağlı qısa müddətlik xəbərdarlıq elan edib.
Təxminən 10 dəqiqədənsonra xidmət təhlükənin sovuşduğunu bildirən yeni bildirişlər yayılıb.