• 17 °C
|

Səudiyyə Ərəbistanı husilərin ballistik raket hücumlarının qarşısını alıb

14 Oktyabr 2026
img

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Yəməndəki husilərin ölkənin bir neçə şəhərinə istiqamətləndirdiyi ballistik raketləri zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki məlumat yayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri husilərin Əd-Dəmmam şəhərinə istiqamətləndirdiyi ballistik raketi ələ keçirib.

Bundan başqa, Dəhran və Harad şəhərlərinə yönələn raketlərin də qarşısı alınıb.

Qeyd edək ki, Dəhran şəhərində Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun baş qərargahı yerləşir. Şirkətin hər üç ərazidə obyektləri mövcuddur.

Eyni zamanda, yayılan məlumatlara görə, paytaxt Ər-Riyad da Yəmən ərazisindən buraxılan ballistik raketlərlə hücuma məruz qalır. Paytaxta hücumla bağlı məlumatın rəsmi təsdiqi barədə hələlik məlumat verilməyib.