22 Okt 2025
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.
APA xəbər verir ki, bu barədə Yonhap Xəbər Agentliyi məlumat yayıb.
Agentlik Cənubi Koreya hərbi dairələrinə istinadən KXDR ordusu tərəfindən buraxılan qısa mənzilli ballistik raketlərin təxminən 350 km uçduğunu açıqlayıb.
Yaponiyanın yeni baş naziri Sanae Takaiçi isə raketlərin Yaponiya dənizindəki eksklüziv iqtisadi zonası (EEZ) üzərindən uçmadığını açıqlayıb.