|

Suriya hava məkanında tətbiq olunan məhdudiyyəti daha iki gün uzadıb

25 Mart 2026

Suriya hökuməti ölkənin hava məkanında tətbiq olunan uçuş məhdudiyyətlərini daha iki gün, cümə axşamına qədər uzadıb.

APA xəbər verir ki, bu barədə Dəməşq Uçuş Məlumat Xidməti məlumat yayıb.

"Hava məkanında uçuşlar 26 mart Cümə axşamı günü yerli vaxtla saat 21:00-dək məhdudlaşdırılıb”, – məlumatda deyilir.

Həmin vaxta qədər yalnız Hələb hava limanı sərnişin uçuşları üçün açıqdır.

Qeyd edək ki, Suriya hava məkanına məhdudiyyətlər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar olaraq 28 fevralda tətbiq edilib.