• 19 °C
|

Suriya İordaniya ilə sərhəddəki keçid məntəqəsini bağlayıb

27 Oktyabr 2026
img

Suriya Dəraa vilayətindəki vəziyyətlə əlaqədar İordaniya ilə sərhəddə yerləşən “Nəsib” keçid məntəqəsində sərnişin və yük daşımalarını müvəqqəti dayandırıb.

APA xəbər verir ki, qərarın İordaniya hərbi hava qüvvələrinin Suriya ərazisinə zərbələr endirməsindən sonra verildiyi bildirilir.

Dəraa vilayətinin administrasiyasının məlumatına görə, İordaniyanın aviazərbələri nəticəsində azı beş mülki şəxs həlak olub.

Ölənlər arasında qadınlar və uşaqlar da var. Digər yaşayış məntəqələrindəki itkilər barədə məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, İordaniya oktyabrın 26-da Suriyanın cənubunda ekstremist qruplaşmaların mövqelərinə zərbələr endirib.