• 10 °C
|

Suriya kəşfiyyatı İŞİD liderlərindən birini həbs edib

16 Fevral 2025
img

Suriyanın Baş Kəşfiyyat Xidməti Əbu əl-Haris əl-İraqi ləqəbi ilə tanınan İŞİD liderlərindən birini həbs edib.

APA xəbər verir ki, bu barədə SANA agentliyinə kəşfiyyat xidmətindəki mənbələr məlumat verib.

Məlumata görə, əl-İraqi terror aktlarının hazırlanmasına da cavabdeh olub.

O, Dəməşqin cənubundakı Seyyid Zeynəb məscidində hüquq mühafizə orqanları tərəfindən qarşısı alınan partlayışın təşkilatçılarından biri olub.