• 7 °C
|

Suriya nümayəndə heyəti ABŞ-ın vasitəçiliyi ilə İsraillə görüş keçirir

5 Yanvar 2026
img

Suriya nümayəndə heyəti ABŞ-ın vasitəçiliyi ilə İsraillə görüş keçirir.

APA xəbər verir ki, SANA-ya danışan hökumətdəki mənbənin sözlərinə görə, Suriya Ərəb Respublikasından olan nümayəndə heyətinə xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və Baş Kəşfiyyat İdarəsinin direktoru Hüseyn əl-Səlami başçılıq edir.

mənbə vurğulayıb ki, danışıqlar əsasən 1974-cü il tarixli Qoşunların Çəkilməsi Sazişinin bərpasına yönəlib. Bu çərçivədə məqsəd İsrail qoşunlarının 8 dekabr 2024-cü ildən əvvəl mövcud olan mövqelərə geri çəkilməsini təmin edən, Suriyanın tam suverenliyinə üstünlük verən və Suriyanın daxili işlərinə hər hansı müdaxilənin qarşısını alan balanslaşdırılmış təhlükəsizlik sazişidir.