• 9 °C
|

Suriya ordusu ABŞ qüvvələrinin tərk etdiyi hərbi bazanı nəzarətə götürüb

12 Fevral 2026
img

Suriya ordusu əl-Tənf hərbi bazasını nəzarətə götürüb.

APA “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbi qüvvələri bazanı təxliyə edib və sözügedən obyekt Suriya ordusu tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bundan əvvəl ABŞ hərbi qüvvələrinin əl-Tənf bazasından çıxaraq İordaniyaya yerləşdirilməsi və orada İŞİD-ə qarşı koalisiyaya qoşulduğu barədə xəbərlər dərc olunub.

Suriyada vətəndaş müharibəsi dövründə ABŞ qüvvələri İŞİD-ə qarşı mübarizə məqsədilə Suriya Demokratik Qüvvələrinin idarə etdiyi ərazilərdə qərar tutan əl-Tənf bazasında yerləşdirilib.