• 9 °C
|

Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb – YENİLƏNİB

14 Dekabr 2025
img

Suriya Hüquq mühafizə orqanları Tədmurda iki ABŞ hərbçisinin həlak olduğu hücumda şübhəli bilinən beş nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat verib.

***

21:08

Suriyanın təhlükəsizlik qüvvələri Tədmur şəhərində Suriya-ABŞ birgə patrul qüvvələrinə edilən hücuma cavab olaraq Homs vilayətində və Suriya səhrasının bir neçə ərazisində İŞİD-ə qarşı əməliyyata başlayıb.

APA xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, şənbə günü silahlı şəxs Suriya-ABŞ birgə patrul qüvvələrinə atəş açaraq iki ABŞ hərbçisini və bir amerikalı mülki tərcüməçini öldürüb.

Suriya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hücum edən şəxs atışma zamanı zərərsizləşdirilib.