• 17 °C
|

Tailandda qatarın avtobusla toqquşması nəticəsində yaralıların sayı 32-yə çatıb – YENİLƏNİB

17 May 2026
img

Tailandın paytaxtı Banqkokda yük qatarının sərnişin avtobusu və avtomobillərlə toqquşması nəticəsində 32 nəfər yaralanıb.

"Thai PBS" telekanalının məlumatına görə, qəza zamanı 8 nəfər ölüb.

İlkin versiyaya əsasən, avtobus dəmiryol keçidində dayanarkən avtomatik şlaqbaum sistemini bloklayıb.

***
14:32

Tailandın paytaxtı Banqkokda qatar sərnişin avtobusu ilə toqquşub.

“Thairath” qəzetinin xəbərinə görə, qəza nəticəsində azı 8 nəfər ölüb.

Yaralıların sayının 20 nəfərdən çox olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.