01 İyn 2026

ABŞ prezidenti Donald Tramp müqaviləni dəyişdirməyə çalışarsa, İran ABŞ-la müqavilənin mətnində öz düzəlişini edəcək.
Bu barədə İranın “Tasnim” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, Trampın müqaviləyə etdiyi düzəlişlər avtomatik olaraq Tehranın onları qəbul edəcəyi anlamına gəlmir və İran qaçılmaz olaraq reaksiya verəcək.
O əlavə edib ki, İslam Respublikası müqavilənin imzalanmamasına tam hazırdır.