• 26 °C
|

Tayvanda yanğın və partlayış nəticəsində 15 nəfər xəsarət alıb

23 Avqust 2026
img

Tayvanın Tainan şəhərində tullantı poliqonunda baş verən yanğın və partlayış nəticəsində 15 nəfər xəsarət alıb, 68 evə ziyan dəyib.

Bu barədə Taipei Times məlumat yayıb.

Hadisə avqustun 22-də baş verib. Tullantılar arasında başlayan yanğından sonra partlayış baş verib. Hadisə yerinə 140-dan çox yanğınsöndürən və 53 texnika cəlb olunub. Xəsarət alanlardan 12-si sakin, 3-ü isə yanğınsöndürəndir. Partlayışın səbəbləri araşdırılır.