• 7 °C
|

Tehranın ətrafında güclü partlayışların baş verdiyi barədə məlumatlar yayılıb

22 Fevral 2026
img

Sosial şəbəkələr Tehranın ətrafında güclü partlayışlar barədə məlumat yayıb, yerli KİV isə yanan qamışlıqlardan yazır.

APA xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

Sosial şəbəkələrdə Tehranın ətrafında güclü partlayışların baş verdiyi barədə məlumatlar yayılıb. Eyni zamanda yerli media yanğın baş vermiş qamış sahələri barədə yazır.

Parand şəhərində yaşayış binalarının pəncərələri sınıb. Ən azı yeddi yanğın ocağının qeydə alındığı bildirilir.

Hər hansı zərbə ilə bağlı rəsmi məlumat verilməyib.