• 25 °C
|

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı mərhələli şəkildə İraqa təhvil verəcək

24 Sentyabr 2026
img

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını mərhələli şəkildə İraq hökumətinə təhvil verəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın Baş naziri Əli əz-Zeydinin Nyu-Yorkda keçirilən görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Sincarda İraq dövlətinin tam nəzarətinin təmin olunması və orada qadağan edilmiş xarici silahlı birləşmələrin mövcudluğuna son qoyulması barədə razılığa gəliblər.

Razılaşdırılmış mexanizm və qrafikə əsasən, Türkiyə qüvvələri Başika-Zilkan bazasını mərhələli şəkildə İraqın federal hökumətinə təhvil verəcək.