• 20 °C
|

Türkiyə sahillərində zəlzələ baş verib

22 Yanvar 2025
img

Türkiyə sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 243 minə yaxın insanın yaşadığı Manisa şəhərindən 135 km şimal-qərbdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.