30 Avq 2026

Türkiyə Hərbi Dəniz Qüvvələri və Somali silahlı qüvvələrinin Somali sahillərində keçirdiyi 10 günlük əməliyyat nəticəsində piratlar tərəfindən ələ keçirilən MV LATUF gəmisi xilas edilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Somali Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat zamanı 14 pirat öldürülüb, onların istifadə etdiyi 4 qayıq məhv edilib.
Gəmidə biri Türkiyə vətəndaşı olmaqla, ən azı 8 heyət üzvünün olduğu bildirilib. Əməliyyat Türkiyə ilə Somali arasında müdafiə əməkdaşlığı sazişi çərçivəsində keçirilib.