İsrail Baş Naziri Benyamin Netanyahu girovların geri aldıqdan sonra Qəzzada yenidən müharibə başlada bilər.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində deyib.
Hakan Fidan bildirib ki, bu halda Qəzzada əldə olunan atəşkəslə bağlı qarant ölkələrin addımları vacib olacaq. Nazirin sözlərinə, bölgədə atəşkəsə əsasən riayət edilir, lakin humanitar məsələlərlə bağlı hələ də ciddi problemlər mövcuddur.
H. Fidan ABŞ tərəfinin fələstinlilərin Qəzzanı tərk etmələri ilə bağlı təklif və planın da qabuledilməz olduğunu vurğulayıb: “Fələstin məsələsi məhv buna görə, fələstinlilərin yaşadıqları torpaqlardan sürgün edilib, yerinə israillilərin gətirilməsi ilə başladı”.