• 15 °C
|

Türkiyə XİN Yunanıstana nota verib

14 Noyabr 2025
img

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana şifahi nota verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumatı “CNN Türk” yayıb.

Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C-130 təyyarələrini paylaşaraq “Günün fotosu” başlığı yazması Türkiyədə birmənalı qarşılanmayıb.

İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi bildirilib.