29 May 2026

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda, Cennet Adası yaxınlığında tur gəmisi batıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, 110 nəfərin olduğu gəmi sahil mühafizə qrupları tərəfindən təhlükəsiz şəkildə təxliyə olunub.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Gəminin hansı səbəbdən batdığı araşdırılır.