
Türkiyənin Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü münasibətilə Türkiyənin İzmir şəhərində "Gənclik və Aviasiya" festivalı təşkil olunub.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, festival çərçivəsində yerli istehsal olan çoxməqsədli “T625 GÖKBEY” helikopterinin nümayiş uçuşu həyata keçirib.
Qeyd edək ki, "T625 GÖKBEY" Türk Silahlı Qüvvələrinin ümumi təyinatlı helikopter ehtiyacını qarşılamaq məqsədilə hazırlanmış yerli helikopterdir.
İlk uçuşunu 2018-ci ildə həyata keçirib, 2023-cü ildə isə yerli mühərriklə sınaqdan keçərək jandarmaya təhvil verilib.
“GÖKBEY” çətin iqlim və coğrafi şəraitdə, gecə-gündüz, yüksək hündürlük və temperaturda effektiv fəaliyyət göstərə bilir.