23 Okt 2025
Türkiyədə leysan fəsadlara səbəb olub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Çanaqqalanın Gökçeada rayonunda yağan güclü leysan nəticəsində bəzi evlər və iş yerləri su altında qalıb, 5 ərazidə torpaq sürüşməsi baş verib.
Oxşar hadisə İzmirdə də qeydə alınıb.
İzmirin Foça rayonunda dərələr daşaraq bəzi ev və iş yerlərini su basıb. Rayonda 1,5 saat ərzində hər kvadratmetrə təxminən 144 kiloqram yağış düşüb.