
Zonguldakda mədəndə baş vermiş çökmə nəticəsində dağıntılar altında qalan iki nəfərdən birinin meyiti çıxarılıb.
APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, digər şəxsin axtarışları hələ də davam edir.
***
17:12
Zonguldakdabaş verən mina uçqununda dağıntılar altında qalan 3 nəfərdən 1-i yaralı olaraq çıxarılıb.
APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə,digər 3 nəfərin axtarışları davam etdirilir.
***
15:43
Türkiyənin Zonguldak vilayətinin Kilimli rayonunda mədən yatağında uçqun baş verib.
APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, 3 nəfər dağıntılar altından sağ çıxarılıb.
Hadisə yerinə çox sayda xilasedici və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Axtarış-xilasetmə işləri davam edir.