• 15 °C
|

Türkiyədə məktəbdə iki şagirdi ildırım vuraraq öldürüb

18 Aprel 2026
img

Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda ibtidai məktəbin həyətində ağaca ildırım düşməsi nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

Bu barədə Habertürk məlumat yayıb.

Bildirilib ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, ildırım məktəbin həyətində yerləşən ağaca düşüb. Bu zaman ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və digər bir uşaq xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırıb.

Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin səylərinə baxmayaraq vəfat ediblər. Diyarbakır Gazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasında müalicəsi davam edən digər yarlının isə vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilib ki, həyatını itirən uşaqlar əmioğludurlar. Faktla bağlı araşdırma aparılır.