• 19 °C
|

Türkiyədə restorana silahlı hücumda 6 nəfər ölüb, 8 yaralı var – YENİLƏNİB

18 May 2026
img

Xəbər verdiyimiz kimi, Türkiyədə restorana silahlı hücum olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

8 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

***

Türkiyədə restorana silahlı hücum olub.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən hadisə Mersin vilayətinin Tarsus rayonunda baş verib.

Belə ki, silahlı hücum nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yaralıların sayının arta biləcəyi bildirilib.