Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.
APA NTV-yə istinadən xəbər verir ki, hadisə Vanda qeydə alınıb.
Avtobusla yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.