• 26 °C
|

Türkiyədəki otel yanğını ilə bağlı otelin sahibi həbs edilib

24 Yanvar 2025
img

Türkiyənin Bolu bölgəsindəki Kartalkaya xizək mərkəzində 78 nəfərin həlak olduğu otel yanğını ilə əlaqədar saxlanılan 14 şübhəli arasında olan otel sahibi Halit Ergül həbs edilib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində daha 2 nəfərin barəsində həbs-qətimkan tədbiri çıxarılıb.

Belə ki, otel sahibi Halit Ergül və otelin baş direktoru, həmçinin otel sahibinin kürəkəni Əmir Aras haqqında həbs qətimkan tədbiri seçilib.