• 19 °C
|

Türkiyədəki zəlzələdən sonra bir neçə bina çöküb – YENİLƏNİB 3

28 Oktyabr 2025
img

Balıkesirin, Sındırgı bölgəsində baş vermiş 6,1 bal gücündə zəlzələdən sonra rayonda bir neçə binanın çökdüyü bildirilir.

Bu barədə APA-nın Türkiyə bürosu məlumat verir.

İnsan tələfatı ilə bağlı isə hələ ki, heç bir məlumat yoxdur.

İstanbul valiliyi də Sındırgı bölgəsində baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.

Valilik hazırda İstanbulda hər hansı dağıntı və tələfat barədə məlumatın daxil olmadığını açıqlayıb.

***

00:19

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Balıkesirin Sındırqı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar açıqlama verib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir hazırda ərazidə araşdırma aparıldığını, dağıntı və tələfat barədə isə yaxın saatlarda ətraflı məlumat veriləcəyini deyib.

“Balıkesirin Sındırgı bölgəsində baş verən və ətraf vilayətlərdə də hiss olunan 6,1 bal gücündə zəlzələ ilə bağlı Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) və aidiyyəti qurumlarımızın bütün komandaları dərhal sahə araşdırmalarına başlayıblar. Hadisənin gedişatını yaxından izləyirik. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirik”, – o bildirib.

***

00:11

Balıkesirin Sındırqı rayonunda yenidən zəlzələ baş verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, zəlzələ 4,2 bal gücündə yerin 7 km dərinliyində qeydə alınıb.

***
23:59

Balıkesirin Sındırgı bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, zəlzələ yerin 5,99 km dərinliyində baş verib.

Zəlzələ Balıkəsirlə yanaşı, İstanbul, Manisa, İzmir və Aydın kimi vilayətlərdə də hiss olunub.

Zəlzələ yerli vaxtla saat 22:48-də qeydə alınıb.