26 İyn 2025
Türkiyənin İzmir vilayətində meşə massivində yanğın başlayıb.
APA xəbər verir ki, İzmirin Aliağa rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Yanğın yerinə 7 təyyarə, 14 helikopter, 24 yanğınsöndürən, 16 su təchizatı maşını və su tankeri və 6 buldozer göndərilib.
Yanğın külək səbəbindən Foça rayonunda meşəlik əraziyə də keçib.
İlkin ehtimala görə yanğına elektrik naqillərində çıxmış qısaqapanma səbəb olub.