03 Dek 2025

Qara dənizdə gəmilərə edilən hücumlar səbəbilə Ukraynanın Ankaradakı səfiri Nariman Celal və Rusiyanın müvəqqəti işlər vəkili Aleksey İvanov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə tərəfinin bu hadisələrdən narahatlığı diplomatların nəzərinə çatdırılıb.
Bundan əlavə, “X” hesabında paylaşım edən XİN sözçüsü Öncü Keçeli, hücumların bölgədə naviqasiya və təhlükəsizlik baxımından ciddi risk yaratdığını qeyd edərək, gərginliyin yayılmaması üçün tərəflərlə təmasların davam etdiyini bildirib.