• 23 °C
|

Vyetnamda daşqınlar zamanı azı 9 nəfər ölüb, 5 nəfər itkin düşüb

29 Oktyabr 2025
img

Vyetnamın mərkəzi bölgəsində rekord səviyyədə yağan leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 9 nəfər həlak olub, 5 nəfər isə itkin düşüb.

APA xəbər verir ki. bu barədə “Reuters” məlumat yayıb.

Məlumata əsasən, daşqınlar nəticəsində 103 mindən çox ev su altında qalıb. Ən çox zərər çəkən ərazilər arasında Hue və Hoi An şəhərləri var.

Hazırda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş imperiya paytaxtı Hue və qədim Hoi An şəhərində güclü yağışlar davam edir.