• 27 °C
|

WSJ: İranın ABŞ bazalarına bəzi zərbələri hədəfə çatıb

10 İyul 2026
img

İranın Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına endirdiyi cavab zərbələrinin bir hissəsi hədəfə çatıb.

Bu barədə "The Wall Street Journal" ABŞ administrasiyasının adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ və müttəfiqləri hücumların böyük hissəsini dəf edə bilib. Bununla belə, bəzi İran zərbələri uğurlu olub.

Amerikalı rəsmilərin iddiasına görə, zərbələr minimal ziyanla nəticələnib və insan itkisi qeydə alınmayıb.