09 Apr 2026

İsrailin Livana genişmiqyaslı zərbələri atəşkəsin pozulmasıdır.
Bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Britaniyanın ITV telekanalına açıqlamasında deyib.
Xətibzadə İranın buna cavab verməyə hazır olduğunu, lakin Pakistandan gələn mesajların bu addımın qarşını aldığını bildirib.
“Ötən gecə çox kritik idi. Bizim buna cavab verməkdən başqa yolumuz qalmamışdı. Sonra Pakistandan amerikalıların öz müttəfiqini dayandıra biləcəyi haqda mesajlar gəldi və biz razılaşdıq”, – nazir müavini vurğulayıb.