
Yaponiyada iyulun 20-26-sı tarixlərində istilər nəticəsində 45 nəfər həyatını itirib.
Bu barədə ölkənin Daxili İşlər və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin dövrdə istilərlə əlaqədar 18,6 minə yaxın şəxs xəstəxanaya çatdırılıb. Bu, əvvəlki həftə ilə müqayisədə 7,7 mindən çox artım olmaqla, 2026-cı ildə qeydə alınan ən yüksək göstəricidir.
Xəstəxanaya yerləşdirilənlərdən 710-dan çoxunun müalicəsi üç həftədən artıq davam edəcək. Zərərçəkənlərin təxminən 58 faizi 65 yaşdan yuxarı şəxslərdir.
Qeyd edək ki, Yaponiyada iyulun 21-dən etibarən beş gün ardıcıl olaraq bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni ötüb.