• 26 °C
|

Yaponiyada rekord istilər qeydə alınıb

30 İyul 2025
img

Yaponiyada temperatur rekord həddə çatıb.

APA xəbər verir ki, Yaponiya mətbuatının məlumatına görə, ölkədə meteoroloji müşahidələrin aparılmağa başlandığı vaxtdan bəri ilk dəfə olaraq havanın temperaturu 41,2 dərəcəyə yüksəlib.

Rekord göstərici Yaponiyanın qərbində yerləşən Hyoqo prefekturasında qeydə alınıb.

Yaponiyanın hökumət orqanları günvurma hallarının artması ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Digər tərəfdən, Rusiyanın şərqində baş vermiş 8,8 bal gücündə zəlzələ Yaponiyada güclü sunami ehtimalını gündəmə gətirib və bu, ciddi narahatlıq doğurub.

Yaponiya hökuməti təhlükəsizlik tədbirləri çərçivəsində 1,9 milyon insanın təxliyəsi barədə göstəriş verib.