
Yaponiyada 5,9 maqnitudalı zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb.
APA xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə və təcili yardım xidməti məlumat yayıb.
Zəlzələ avqustun 23-də Böyük Tokio bölgəsində baş verib. Episentr Tokio yaxınlığındakı İbaraki prefekturasında, ocaq isə 68 kilometr dərinlikdə yerləşib. Tokionun bəzi ərazilərində su boruları partlayıb, yolları su basıb, bəzi binalarda liftlər avtomatik dayanıb. Atom obyektlərində problem qeydə alınmayıb.
***
05:53
Yaponiyada 5,9 maqnitudalı zəlzələ nəticəsində azı 7 nəfər xəsarət alıb.
Bu barədə Yaponiya meteoroloji xidməti və yerli fövqəladə hallar xidmətlərinə istinadən "Japan Times" məlumat yayıb.
Zəlzələ avqustun 23-də Tokio və Kanto bölgəsində qeydə alınıb. Episentr Tokio yaxınlığındakı İbaraki prefekturasında, ocaq isə təxminən 68 kilometr dərinlikdə yerləşib. Güclü təkanlar təxminən 20 saniyə davam edib.
Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, daha sonra ləğv olunub.
Nüvə elektrik stansiyalarında hər hansı problem qeydə alınmayıb.
***
21:42
Yaponiyanın İbaraki prefekturasında 5,9 maqnitudalı zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib. Güclü yeraltı təkanlar təxminən 20 saniyə davam edib və Tokioda mebellər silkələnib, qab-qacaq düşüb.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub.
İlkin məlumata görə, ölən və xəsarət alanlar, həmçinin dağıntılar barədə məlumat yoxdur.