• 29 °C
|

Yeni güzəşt tələbləri, baş tutmayan razılaşma – İran müharibəsində SON VƏZİYYƏT

9 Avqust 2026

İran ətrafında davam edən müharibə fonunda hərbi əməliyyatlarda nisbi fasilə müşahidə olunsa da, Hörmüz boğazı və regiondakı hücumlarla bağlı gərginlik davam edir.

“Sky News”a xəbər verir ki, İran Hörmüz boğazının tam açılması üçün ABŞ-dan əlavə güzəştlər tələb edir. Tələblər arasında sanksiyaların yumşaldılması, ABŞ-ın dəniz blokadasının aradan qaldırılması, İran ətrafındakı hərbi qüvvələrin geri çəkilməsi və dondurulmuş aktivlərin azad edilməsi yer alır.

***

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran və Vaşinqton arasında hazırda birbaşa danışıqlar aparılmır. Tərəflər vasitəçilərlə mesaj mübadiləsi edir. İran və Oman arasında Hörmüz boğazında yeni gəmiçilik marşrutu ilə bağlı razılaşmanın isə “son mərhələdə” olduğu açıqlanıb.

***

Bu arada Yəməndəki husilər Səudiyyə Ərəbistanının Cizan şəhərində yerləşən “Aramco” neft obyektinə PUA ilə hücum etdiklərini bildiriblər. Husilər həmçinin Qırmızı dəniz sahilindəki Moha limanına raket və PUA zərbələri endiriblər.

***

İsrail-Livan sərhədində də gərginlik artıb. Livanın cənubunda partlayış nəticəsində iki İsrail hərbçisi ölüb. Bundan sonra İsrail Tibnin şəhərinə zərbələr endirib, nəticədə bir nəfər ölüb, 11 nəfər yaralanıb.

***

ABŞ və İranın bir-birinə birbaşa zərbələrində isə son günlər fasilə davam edir. Buna baxmayaraq, müharibənin başa çatdırılması ilə bağlı yekun razılaşma əldə olunmayıb.