19 Okt 2026

Yunanıstanın Pieriya bölgəsində bir mühərrikli yüngül təyyarənin çay yatağına düşməsi nəticəsində 2 nəfər ölüb.
APA xəbər verir ki, hadisə zamanı təyyarədə pilot və daha bir nəfər olub.
Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, təyyarənin pilotu yanğınsöndürmə təyyarələrini idarə etmək sahəsində təcrübəli olub.
Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.