
ABŞ Polşadakı hərbi kontingentini azaltmayacağını Varşavaya bildirib.
APA xəbər verir ki, bu barədə Polşanın Milli Müdafiə Naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
"ABŞ Müdafiə Naziri Pit Heqset ilə əvvəlki söhbətlərimdən və bu gün nazir müavini Pavel Zalevski ilə Baş Qərargah rəisi Vieslav Kukula arasında müttəfiqlərimizlə apardığımız söhbətlərdən Polşadakı ABŞ qoşunlarının mövcudluğunda heç bir azalma olmayacağına dair təsdiq aldıq", – Kosinyak-Kamış “X” hesabında yazıb.
Qeyd edək ki, əvvəllər ABŞ-ın Avropada, xüsusən də Rumıniyada hərbi mövcudluğunu azaldacağı bildirilirdi.