21 Yan 2026

“Avropa İttifaqı Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazırdır”.
APA xəbər verir ki, bunu yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos deyib.