
Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen Avropa Komissiyasının Aİ-nin 2028–2034-cü illər üçün yeddi illik büdcə planının 2 trilyon avroya qədər artırılması təklifini təsdiqləyib.
APA xəbər verir ki, bu rəqəm 2021–2027-ci illər üçün qüvvədə olan büdcə planından 800 milyard avro çoxdur.
O, bu barədə Brüsseldə Avropa Parlamentində keçirilən büdcə dinləməsində bildirib. Bu artım Aİ tarixində çoxillik büdcə üzrə rekord göstərici hesab olunur.
“Bu, təxminən 2 trilyon avro həcmində olan Avropa İttifaqının ən böyük çərçivə büdcə planıdır”, – diplomat deyib.
Avropa Komissiyasının rəhbəri əlavə edib ki, yeni büdcə 52 hədəf proqramını əhatə edəcək.