• 7 °C
|

Aİ ölkələri SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

29 Yanvar 2026
img

Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH)rəsmənterror təşkilatı kimi tanıması gözlənilir.

APA “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Terrorçu kimi hərəkət edirsinizsə, sizinlə terrorçu kimi davranılmalıdır”,– Kallas Aİ ölkələrinin nazirlərinin bu gün keçiriləcək iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, bundan əvvəl Fransa SEPAH-ın terror təşkilatı kimi tanınmasını dəstəkləyəcəyini bəyan edib.