• 25 °C
|

Aİ Rusiya–Ukrayna cəbhəsində atəşin dayandırılmasının hər hansı əlamətini müşahidə etmir

5 İyun 2025
img

“Biz Rusiya – Ukrayna cəbhəsində atəşin dayandırılmasının hər hansı əlamətini müşahidə etmirik”.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas keçirdiyi brifinqdə deyib.

O söyləyib ki, belə olan şəraitdə təmsil etdiyi qurum yeni sanksiyalar vasitəsilə Rusiya tərəfinə təzyiqləri artırmalıdır:

“Putin hələ də oyun oynayır və onların sülh istədiyini göstərən hər hansı əlamət yoxdur. Bu səbəbdən də təzyiq göstərilməsi üçün növbəti sanksiya paketi üzərində işləyirik. Biz yalnız məhdudiyyətlər tam olaraq işlədikdə hədəfimizə nail oluruq. Əsas məqsəd də Rusiyanın sülh istəməsi üçün onlara təzyiqlərin artırılmasıdır. Avropa İttifaqı 17-ci məhdudiyyət paketi üzrə işi bitirən kimi növbəti məhdudiyyətləri nəzərdən keçirməyə başlayıb. Bu prosesi tezliklə bitirmək istəyirik. Yekun vaxtı hələlik açıqlaya bilmərəm”