• 28 °C
|

Aİ Rusiyanın neft ixracı və bank sektorunu hədəf alan yeni sanksiyalar paketi təklif edir

10 İyun 2025
img

Aİ Rusiyanın neft ixracı və bank sektorunu hədəf alan yeni sanksiyalar paketi təklif edir.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.

Onun sözərlərinə görə, Aİ-nin yeni sanksiyalarına “Şimal axını”ndan istifadəyə qadağa və Rusiyadan gələn neftin qiymətini aşağı salmaq cəhdləri daxildir.

“Avropa Komissiyası 77 tankeri qara siyahıya salmağı və Aİ ölkələrinə Rusiya xammalından neft məhsulları almağı qadağan etməyi təklif edir. AK həmçinin Rusiyanın 22 bankı üçün əməliyyatlara qadağa və dronlarla bağlı texnoloji məhsullara yeni ixrac qadağaları tətbiq etməyi təklif edir”, – AK Prezidenti qeyd edib.