19 Mar 2026

Avropa İttifaqı sammiti ABŞ-a İrana qarşı hərbi dəstək göstərilməsi ilə bağlı qərar qəbul etməyib.
APA xəbər verir ki, bu barədə sammitin Yaxın Şərq üzrə yekun bəyanatında qeyd olunub.
Sənədə əsasən, Aİ yalnız Somali sahilləri və Qırmızı dənizdə fəaliyyət göstərən Atalanta və Aspides missiyalarının gücləndirilməsinə çağırış edib.
Bu missiyaların mandatının Hörmüz boğazına şamil olunması nəzərdə tutulmur.
Bəyanatda həmçinin gəmiçiliyin azadlığını pozan və ya gəmilərin Hörmüz boğazına daxil olub-çıxmasına mane olan addımlar ümumi şəkildə pislənib.